Keçmiş məhkəmə hakiminə dələduzluqla cinayət işi başlayıb   – Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkəmə hakiminə dələduzluqla cinayət işi başlayıb – Səbəb

Kriminal

06 Aprel 2020 13:36 1103


Keçmiş hakim rəsmi sənədləri saxtalaşdırdığına və dələduzluq etdiyinə görə hakim qarşısına çıxarılacaq. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddəsi ilə təqsirləndirilən Rzayev Fəxrəddin Hidayət oğlu Quba Rayon Məhkəməsinin hökmü ilə məhkum olunub, sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə hökm qüvvədə saxlanılıb. Ali Məhkəməyə şikayət edən F.Rzayevin cinayət işinə isə Hafiz Nəsibov baxacaq. 

Qeyd edək ki, Rzayev Fəxrəddin Hidayət oğlu 1996-cı ildə o zaman Milli Məclisin sədri olan Rəsul Quliyevin qərarı ilə Yasamal Rayon Məhkəməsinə hakim seçilib, 2000-ci ildə isə Prezident Heydər Əlyevin qərarıyla öz xahişilə səlahiyyətinə xitam verilib.  pizza hut

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!