Keçmiş məmur Paşinyanı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məmur Paşinyanı məhkəməyə verdi

Rəsmi

11 Dekabr 2019 15:39 1208


Ermənistanın təbiəti mühafizə və təbii ehtiyatlar üzrə təftiş orqanının rəis müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə-informasiya sistemi məlumat verib.

Bildirilib ki, Sarkisyan işdən çıxarılması barədə baş nazirin qərarının etibarsız sayılmasını tələb edib. Bununla da keçmiş məmur vəzifəsinə bərpa olunmağı istəyir. Dominos pizza

Məlumata görə, Nikol Paşinyan oktyabrın 23-də Sarkisyanı tutduğu vəzifədən azad edib. Onunla birlikdə qurumun digər rəis müavini Armen Akopyan da tutduğu vəzifədən uzaqlaşdırılıb.

İqor Sarkisyanın işdən azad edilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Ancaq KİV-in araşdırmasına əsasən, onun işdən uzaqlaşdırılması Ermənistandakı Amulsar qızıl yatağı ilə bağlı mövcud problemlə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan baş müşavirləri Arsen Qasparyan və Aram Qaribyan, eləcə də müşaviri Mqer Saakyanı da vəzifədən azad edib. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!