Keçmiş məmurun namizədliyinə sərt reaksiya – “Adamda sifətə bax!”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məmurun namizədliyinə sərt reaksiya – “Adamda sifətə bax!”

Siyasət

30 Dekabr 2019 13:06 1291


Füzuli rayonunun keçmiş icra başçısı Nəbi Muxtarovun parlament seçkilərinə qatılması birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, Musavat.com-un redaktoru Xalid Kazımlı onun fotosunu paylaşaraq keçmiş məmuru sərt tənqid edib.

“Bu, 18 il boyunca Füzulidə İH başçısı olmuş adamdır. Nəbi Muxtarov. İndi də deputat olmaq istəyir. Adamda sifətə bax! 2002-ci ildə atamı və əmimi yanına çağırıb, "televiziyaya çıxın, Xaliddən imtina edin" deyən və atamdan "elə oğuldan heç kəs imtina etməz" cavabı alan ...Bunun vaxtilə vəzifəli adamlara söydüyü söyüşləri özünə qaytaran olsa, durduğu yerdə ürəyi partlayar. Amma hardadır söyülən məmurlarda o qeyrət? Eləsi var, hələ də söz düşəndə bunu tərifləyir”, - deyə redaktor vurğulayıb. Pepperoni pizza

Nəbi Muxtarov 84 saylı Füzuli seçki dairəsindən öz təşəbbüsü ilə namizəd olub. 1993-cü ildən 2011-ci ilə kimi sözügedən Füzulinin icra başçısı vəzifəsində çalışan Nəbi Muxtarov mənfi reputasiyası ilə seçilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!