Türkiyənin keçmiş Diyanet İşleri başkanı(Din naziri) Said Yazıçıoğlu Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdən Həccə gedənlərlə bağlı maraqlı məlumatlar bölüşüb.
Yenisabah.az xəbər verir ki, sabiq nazir 1990-cı illərdə Turqut Özalın SSRİ-dən ayrılıb müstəqillik qazanan türk dövlətlərinə dəstək verməsindən danışıb. Said Yazıçıoğlu həmin dövrdə azərbaycanlı həmkarının onlara müraciət edərək 200 nəfərin Həcc ziyarətinə getməsinə köməklik göstərmələrini xahiş etdiyini bildirib. Sabiq nazirin sözlərinə görə, Türkiyənin dəstəyi ilə azərbaycanlı hacılar ilk dəfə Həccə gedəndə “bura istidir, bir dövrə bizə bəs edər”, - deyib dayanıblar. Sonra birtəhər dini mərasimlər başa çatdırılıb.
Said Yazıçıoğlu bildirib ki, Azərbaycan tərəfi ilk hacılarından ziyarət adıyla 500 dollar alıb. Hətta sonradan Türkiyədən hədiyyə kimi göndərilən Quran kitabı da satılıb. Sezar pizza
Qeyd edək ki, Said Yazıçıoğlu 1987-1992-ci illər ərzində Türkiyənin Diyanet İşleri Başkanı(din naziri) vəzifəsində çalışıb. Din xadimi özü xatırlamasa da, bildiyimiz kimi, 1980-ci ildən bəri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir.
Həmin görüntüləri sizlərə təqdim edirik:
Telegram kanalımız