İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzər dənizinin statusu ilə bağlı suala əsəbi təpki göstərib.
Yenisabah.az Jamaran-a istinadla xəbər verir ki, universitet tələbələri ilə bir tələbə "Doğrudur ki, Xəzərdə İranın payı 50%-dən 11%-ə kimi azaldılıb" sualı sabiq diplomatı qıcıqlandırıb:
"Axı siz tələbəsiniz? İşiniz-gücünüz elm öyrənməkdir! Gedin, öyrənin! 11% məsələsi yalandır. Xəzərin 50%-i əvvəllər kimdə idi ki? Toyuqlu pizza
Bəzilərinin tənqid etdiyi şahın bütün dövründə Astara-Hüseynqulu xəttini bir gəmi belə keçməyib. 11% şahın vaxtı üçündür. Astara-Hüseynqulu xətti şah üçündür, İslam Respublikası üçün deyil. Əgər biz Xəzər Konvensiyasını imzalamasaydıq, onlar (güman ki Rusiya nəzərdə tutulur - red.) digər sahilyanı dövlətlərin başına gətirilən bəlaları bizim də başımıza gətirərdilər".
Xatırladaq ki, İran parlamenti hələ də Xəzərin hüquqi statusuna dair Konvensiyanı imzalamayıb.
Telegram kanalımız