Çində qaçaq məhbus hüquq mühafizə orqanlarından gizlənmək üçün 17 il mağarada yaşayıb.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, Sun Çzyan adlı həmin şəxsin keçmiş polis olduğu bildirilib. Qadın və uşaq alverinə görə məhkum olunan cinayətkar 2002-ci ildə həbsxanadan qaçmağa nail olub. Bütün bu müddət ərzində o, doğma şəhərinin yaxınlığında yerləşən dağ mağarasında yaşayıb.
Qaçaq məhkumun yeri dronlar sayəsində müəyyən olunub. Havadan çəkilən fotolarda polis mağaranın üstündə mavi polad dam, yaxınlığında isə zibil tapıb. Dominos pizza
Qaçaq gizləndiyi mağarada saxlanılıb. Polisin dediyinə görə, Sun Çzyan uzun müddət tək yaşayaraq heç kimlə əlaqə qurmadığına görə, hüquq-mühafizə işçləri onun yerini tapmaqda çətinlik çəkib. Sonda qaçaq yenidən həbsxanaya göndərilib.

Telegram kanalımız