Keçmiş polis rəisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş polis rəisi vəfat etdi

Sosial

25 Sentyabr 2019 10:28 1529


Azərbaycanda keçmiş polis rəisi vəfat edib.

"Yeni Sabah"ın “Report”a istinadən xəbərinə görə, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.

1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Marqarita pizza

O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.

E.Qazıbəyov “Əməkdar sərhədçisi” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!