Keçmiş prezident Azərbaycanı dəstəklədi – Əliyevə məktub

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş prezident Azərbaycanı dəstəklədi – Əliyevə məktub

Siyasət

06 Oktyabr 2020 14:06 1202


Monteqronun keçmiş prezidenti Filip Vuyanoviç Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Yenisabah.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib:

“Böyük kədər və narahatlıqla sülhün, beynəlxalq hüquq normalarının yenidən pozulması və təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni hərbi əməliyyatlarda onlarla günahsız insanın qətlə yetirilməsi xəbərlərini eşitdim.

Monteneqro ilə Azərbaycan arasında ümumi dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş açıq və konstruktiv söhbətlərimiz haqqında düşünərək, Dağlıq Qarabağdakı uzunmüddətli ağrılı münaqişə və onun sülh yolu ilə həllinə yönəlmiş səylərinizi mənə xüsusi diqqətlə təqdim etdiyiniz dəyərli görüşlərimizi xatırladım. Toyuqlu pizza

Ölkələrimiz arasındakı yaxın münasibətlərə hörmət əlaməti olaraq, dostluq əlaqələrimizin sübutu kimi 2013-cü il martın 12-də Çetinye şəhərində Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə imzaladıq. Bununla da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında, hamı tərəfindən tanınmış prinsiplərə və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini birlikdə bəyan etdik.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl olunmasının vacibliyini vurğulamaqla yanaşı, silahlı münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyimi bildirmək istəyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!