Keçmiş rəisə cinayət işi başlandı   – Dələduzluq edib

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş rəisə cinayət işi başlandı – Dələduzluq edib

Kriminal

07 Aprel 2020 13:17 1302


Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Reyestr Xidmətinin Şamaxı regional şöbəsinin keçmiş rəisinə dələduzluq maddəsi ilə cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində keçmiş rəis Bayramov Kamil Meydər oğlu və Dadaşov Anar Akif oğluna Cinayət Məcəlləsinin 178.2.1-ci ( bir qrup şəxsə qarşı dələduzluq etmə) maddəsi ilə cinayət işi başlayıb. Cinayət işində Zeynalov Sədi Mirhatəm oğlu, Alnuradov Elşad Vəfa oğlu, Dadaşova Zenfira İbrahim qızı, Quliyev Rafiq Hüseyn oğlu, Şirəliyev Baləli Güləli oğlu, Ağayev Nazim Mansur oğlu, Babayev İlqar Ələskər oğlu, Süleymanov Süleyman Əliş oğlu və Əliyev Ağalar Bilman oğlu zərərçəkmiş qismində tanınıblar.

Cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Günel Əkbərlinin icraatına verilib.  pizza sifarişi

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!