Keçmiş rəisə qarşı dələduzluq – Məhkəmə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş rəisə qarşı dələduzluq – Məhkəmə olacaq

Kriminal

14 Mart 2020 12:59 1012


Beyləqan Dəmiryol Stansiyasının keçmiş rəisi Vaqif Cavadova qarşı dələduzluq edilib.

“Yenisabah”ın məlumatına görə, mart ayının 17-də Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Quliyev Əli Bəhram oğlu və Mustafayev Mehman Zeynəddin oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Cinayət işində Cavadov Vaqif Camal oğlu zərərçəkmiş qismində tanınıb. 

Xatırladaq ki, Cavadov Vaqif Camal oğlunun adı mətbuatda oğlu Fərid Cavadovun həyat yoldaşı Cavadova Gültəm Rəfail qızı ilə boşanma məsələsi ilə gündəmə gəlib. Belə ki, 2017-ci ildə Vaqif Cavadov gəlinini döymüş, bunun əvəzində isə gəlinin qardaşı tərəfindən bıçaqlanmışdı.  pizza

Qeyd edək ki, Gültəm Cavadova keçmiş qayınatası Cavadov Vaqif Camal oğlunu erməni əsilli olmaqda ittiham edib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!