İrəvanın birinci instansiya məhkəməsi ölkənin İsraildəki keçmiş səfir Armen Smbatyanın oğlu, dirijor Sergey Smbatyanı 2 ay müddətinə həbs edib.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Sergey Smbatyan və atası, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurmaqda təqsirləndirirlirlər. pizza sifarişi
Prokurorluq əlavə edib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.
Armen Smbatyan ilə bağlı məhkəmə qərarının yaxın saatlarda çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan iyulun 29-da saxlanılıb.
Telegram kanalımız