“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir

saytların hazırlanması

Evə çatdırılma

“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir

Sosial

14 Fevral 2019 17:22 854


Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. 

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, paytaxt məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya”lar daxilində görülən işlərə dair təqdimat və müzakirələrin təşkili nəzərdə tutulur. Bundan əlavə, “Kiçik Akademiya”ların fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələri arasında müsabiqə təşkil olunacaq. pizza hut

Həmçinin “Kiçik Akademiya”ya rəhbərlik edən müəllimlər üçün təlimlər keçiriləcək. Eyni zamanda “Kiçik Akademiya”nın regional bölmələri yaradılacaq. Ümumi təhsil müəssisələrinin rəsmi saytında “Kiçik Akademiya” bölməsi açılacaq. Şagirdlərin “Kiçik Akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” istiqamətində tədbirlər təşkil olunacaq.

2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən paytaxt üzrə “Kiçik Akademiya”larla bağlı elmi-metodiki konfransın keçirilməsi planlaşdırılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!