Bir müddət əvvəl xəstəxanaya aparılan Xalq artisti Naibə Allahverdiyeva evini özü təmir etməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkədə görüntülərini paylaşıb. O, evini 3 gündür özü təmir etdiyini deyib:
“Mən üç gündür keçmişəm “malyar”lığa. Artıq ikinci suvaqdır vururam. Xahiş edirəm, kimə lazım olsa, müraciət edin. Həm keyfiyyətli, həm də ucuz. Hamısı boşluqdandır, nə edim başqa işim-gücüm yoxdur”. pizza
Xatırladaq ki, N.Allahverdiyeva bir müddət əvvəl xəstəliyinə görə Türkiyəyə getmişdi. 56 yaşlı aktrisa əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız