“Kiminsə həbs olunması axrıncı variantdır”

saytların hazırlanması

Evə çatdırılma

“Kiminsə həbs olunması axrıncı variantdır”

Xalqın səsi

08 Fevral 2019 18:53 1408


“Tikinti şirkətlərinin dələduzluqlarının qarşısını almaq hökumətin imkanları daxilindədir. Sadəcə, həmin mənzillərin satışını elektronlaşdırmaq lazımdır”. 

Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı  iqtisadçı ekspert Qadir İbrahimli deyib. Prezident Administrasiyasının şöbə müdirinin əhalinin şikayət etdiyi tikinti şirkətlərinin siyahısını açıqlamasına münasibət bildirən ekspertin sözlərinə görə, mənzil satışı tikinti şirkətinin funkiyalarına daxil olsa da, həmin alqı-satqı prosesi qeydiyyatdan keçməlidir.

“Bu təcrübə ilk dəfə Moskvada tətbiq olunub. Yəni mənzil almaq istəyən hər bir vətəndaş elektron xidmətlərə daxil olub, həmin mənzilin satılıb satılmadığını yoxlaya bilər. Belə dələduzluqlar Moskvada da qeydə alınmışdı və bunun qarşısı alındı. Marqarita pizza

Azərbaycanda uzun müdddətdir ki, bu proses  davam edir. 2008-ci ildən başlayaraq dələduzluq az qala kültəvi xarakter daşıyır. Bunun qarşısını almaq mexanizmləri isə yoxdur. Çox yaxşı olardı ki, həmin alqı-satqı prosesi elektronaşdırılsın. Bunu həm Asan Xidmətin tərkibində, həm də Daşınmaz Əmlak Komitəsi vasitəsilə etmək olar”. 

Q. İbrahimli bildirib ki, məsələylə bağlı qərarlar qəbul olunduqdan sonra  bu proses şəffaflaşmalıdır: “Ən çox itirən vətəndaş olur. İllərlə pul yığır, borca girir, digər əmlakını satır ki, ev sahibi olsun. Sonra da hansısa dələduzun qurbanına çevrilir. 

Lap həmin dələduza 15-20 il iş versinlər, axı bu həmin vətəndaşın problemini həll etmir. Bu baxımdan alqı-satqı prosesinin elektronlaşdırılması və dövlət qurumları tərəfindən ilkin qeydiyyatı vacibdir. Elektronlaşdırıldıqdan sonra kiçik maarifləndirmə işi aparılmalıdır. Moskva təcrübəsi göstərdi ki, bununla da problem həllini tapır”. 

Ekspert vurğulayıb ki, hazırda adları çəkilən şirkətlər tərəfindən  vətəndaşlara dəyən ziyanın ödənilməsi üçün məsələ hüquqi yolla həll olunmalıdır. Yəni həmin insanların həbs olunması problemi dəyişdirmir, əksinə dərinləşdirir. Şirkətlərə vaxt verilməlidir ki, vətəndaşların problemini həll etsinlər. Söhbət problemin həllindən gedir, kiminsə həbs olunması axrıncı variantdır. Mənə elə gəlir ki, bir çox hallarda bu varianta əl atmamaq olar, təki vətəndaşlara dəyən ziyan ödənilsin”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!