Gürcüstan üç qonşu ölkə - Ermənistan, Azərbaycan və Türkiyə ilə xüsusi münasibətlər saxlayır və bu münasibətlərin dərinləşməsi ölkənin rabitə və tranzit funksiyalarının inkişafında mühüm rol oynayır.
“Yeni Sabah” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Imedi LIVE" verilişində bildirib.
O qeyd edib ki, Gürcüstanda nəqliyyat infrastrukturunun inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilir: pizza mizza
“Proqramımıza əsasən, bir konkret hissə istisna olmaqla, demək olar ki, bütün sürətli yollar 2031-ci ilə qədər tikiləcək. Bundan əlavə, dəmir yolunun modernləşdirilməsi və onun tutumunun gücləndirilməsi fəal şəkildə davam edir. Anakliya limanını tikirik və burada işlər də fəal şəkildə davam edir. Aeroport infrastrukturu da inkişaf etdirilir. Söhbət ölkəmizdə fəaliyyət göstərən üç beynəlxalq hava limanından gedir".
Gürcüstanın Baş naziri vurğulayıb ki, bu infrastruktura genişmiqyaslı investisiyalar ölkənin tranzit funksiyalarının daha da inkişafına töhfə verəcək:
"Bunlar infrastruktura çox böyükmiqyaslı investisiyalardır və bütün bunlar ölkəmizin tranzit funksiyasının daha da inkişafına töhfə verəcək. Eyni zamanda, müvafiq ölkələrlə, regionumuzla və qonşu ölkələrlə münasibətlərimizi dərinləşdiririk. Üç qonşu ölkə - Ermənistan, Azərbaycan və Türkiyə ilə müstəsna münasibətlər qurmuşuq və bütün bunlar əlaqə və tranzit funksiyaları baxımından əsas rol oynayır".
Telegram kanalımız