Tütünü bahalaşdırıb   12 milyard qazanacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Tütünü bahalaşdırıb 12 milyard qazanacaqlar

Dünya

17 Oktyabr 2026 09:25 76


Almaniya siqaret, şəkərli içkilər və bəzi alkoqollu məhsullara vergiləri artıraraq dövlət büdcəsinə milyardlarla avro əlavə gəlir cəlb etməyi planlaşdırır.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, tütün vergilərinin 2027-2030-cu illərdə büdcəyə 12 milyard avrodan çox vəsait qazandıracağı gözlənilir.

Nəticədə bir qutu siqaretin qiyməti onilliyin sonuna qədər 11 avronu keçə bilər. Müxalifət isə bahalaşmanın qeyri-qanuni ticarəti artıracağından narahatdır. Dördpendirli pizza

2027-ci ilin iyulundan şəkərli içkilərə də vergi tətbiqi nəzərdə tutulur. Şəkərin miqdarından asılı olaraq, vergi litr başına 0,26-0,32 avro təşkil edəcək. Hökumət bu yolla 2027-ci ildə 690 milyon, növbəti il isə 925 milyon avro gəlir əldə etməyi proqnozlaşdırır.

Bundan əlavə, 2027-ci ildən bəzi spirtli içkilərə və köpüklü şəraba vergilərin 20 faiz artırılması planlaşdırılır. Pivə və ənənəvi süfrə şərabı bu dəyişikliklərə daxil edilməyib.

Oxşar tədbirlər Avropanın digər ölkələrində də gündəmdədir. Böyük Britaniya şəkərli içkilərə vergi qaydalarını sərtləşdirir, Fransa isə 2027-ci ilə qədər bir qutu siqaretin qiymətini təxminən 13 avroya çatdırmağı hədəfləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!