Pensiyalarla bağlı mühüm dəyişiklik –   Kimlərə necə təsir edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalarla bağlı mühüm dəyişiklik – Kimlərə necə təsir edəcək?

Sosial

16 Oktyabr 2026 11:31 562


Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsini, habelə vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan qanunvericilik dəyişikliklərini parlamentin payız sessiyasının plenar iclasında sonuncu – üçüncü oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki müzakirəyə çıxarılan sənəd "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli, həmçinin "Diplomatik xidmət haqqında" qanunlara dəyişiklikləri əhatə edir.

Sənəddə vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi şəxsin topladığı pensiya kapitalı əsasında formalaşır. Son 20 ildə mərhələli şəkildə pensiya təminatı və artımlarının əməkhaqqı ilə birbaşa əlaqəsi ləğv olunaraq pensiya məbləğlərinin toplanmış kapital əsasında müəyyən edilməsinə, artımların isə vahid indeksasiya metodu ilə aparılmasına başlanılıb. Bu yanaşma pensiyaçıların sosial rifahını gücləndirməklə yanaşı, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılmasına imkan verib, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını möhkəmləndirib. Lakin sistemdə sosial sığorta prinsiplərinə əsaslanmayan və pensiyaya çıxarkən əməkhaqqına bağlı olan ödənişlərin qalması dövlət sektorundakı əməkhaqqı islahatlarına maneə yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına gətirib çıxarırdı. pizza

Təklif olunan yeni yanaşmaya əsasən, dövlət qulluqçularının pensiya məbləği ilə dövlət məvacibi arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya təyinatı ümumi əsaslarla həyata keçiriləcək. Mövcud qulluq stajına görə əlavə əvəzinə aylıq pensiya əlavəsinin verilməsi təmin olunacaq və bu əlavənin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək. İslahat nəticəsində təyinatlar proaktiv formaya keçəcək, şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya ala biləcəklər.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə də pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə ləğv edilir. Onların pensiyası fərdi hesablarındakı pensiya kapitalına əsasən ümumi əsaslarla təyin olunacaq, qulluq stajına görə əlavə əvəzinə isə hərbi rütbələr üzrə müəyyən edilən sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək.

Bununla yanaşı, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizmində diferensial yanaşmaya keçilir. Əvvəllər pensiya məbləğindən asılı olmayaraq bərabər indeksasiya tətbiq edildiyi üçün yüksek pensiya alanların gəlirləri daha böyük sürətlə artırdı. Yeniliyə əsasən, yüksək pensiya və yüksək pensiya kapitallarına fərqli indeksasiya tətbiq olunacaq, aşağı məbləğdə olan pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək. Bu dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını daha da artıracaq və aşağı məbləğli pensiyaların mütəmadi olaraq artırılmasına geniş imkan yaradacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!