İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə platformasında məlumat verib.
“İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə KOBİA-nın Müşahidə Şurasının iclasında fəaliyyətimizə dair məlumat verdik, gələn ilin prioritetlərini müzakirə etdik. Şuranın üzvləri həmçinin Bakı KOB evinin fəaliyyətilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüb”, - deyə məlumatda qeyd olunub.
Telegram kanalımız