Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Şevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü – kuryer hadisə yerində həyatını itirib. pizza sifarişi
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Axar.az
Telegram kanalımız