Bakıdan Dubaya uçuşlar başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Dubaya uçuşlar başlayır

İqtisadiyyat

02 May 2026 12:59 79


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!