ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı olan müğənni Şəbnəm Tovuzlu kilosu ilə bağlı suallara açıqlama gətirib.
Yenisabah.az xəbər verir ki, ifaçı çox kök olmadığını bildirib:
"Sizin nəyinizə lazımdır, məni sevən bu cür sevir. Dillənən kimi deyir ki, "Kökəlmisən". Mən kökəlməmişəm, 67 kiloqram idim, indi düşmüşəm 64 kiloqrama. Mənə yazırlar ki, kökəlməmisən belə yaxşısan. Arıq olmaq lazım deyil, xanım ətli-qanlı, balıqətli olmalıdır".
https://www.youtube.com/watch?v=S-KQq1LY62g&feature=youtu.be&fbclid=IwAR0azHN67ob0EyZ0iKr3D3qLaoB6YEgrLv3vxquEoGWwcSG63S_ZahdjQ5U
Qeyd edək ki, Şəbnəm Tovuzlu tez-tez "Instagram" səhifəsində yayımladığı fotoşoplu fotolarla gündəmə gəlir. Onun şəkillərdə özünü arıqlatması və boyunu uzatması müzakirələrə səbəb olur. Telegram kanalımız