Kök şirəsinin inanılmaz faydaları

saytların hazırlanması

Evə çatdırılma

Kök şirəsinin inanılmaz faydaları

Sağlamlıq

19 Yanvar 2024 22:58 3020


Sağlam həyat fəaliyyətinin geniş vüsət aldığı son illərdə detoks suları da populyarlıq qazanmağa başlayıb. Hər biri fərqli faydalar təmin edən detoks suları arasından biri sağlam quruluşu ilə sanki xəstəxanaya gedən yolu unutdurur.

Sağlam quruluşuna görə mütəmadi olaraq istehlak edilməsi lazım olan tərəvəz suyu kök suyudur. Yerkökü kimi sağlam tərəvəzin suyunu mütəmadi olaraq sıxıb içmək çoxlu faydalar gətirir. Meyvə-tərəvəzdən alınan şirələr arasında xüsusi yer tutan kök şirəsinin əvəzolunmaz faydaları var.

Yenisabah.az kök şirəsinin faydalarını təqdim edir:

Gözlər üçün mükəmməldir: 

Şübhəsiz ki, yerkökü deyildikdə ilk ağıla onun gözə faydaları gəlir. Yerkökü A vitamininin təbii mənbəyidir. İçdikdə A vitamininə çevrilən beta-karoten piqmenti olan yerkökü, bədəninizi gecə korluğu və görmə zəifliyi kimi gözlə bağlı sağlamlıq problemlərinə qarşı sizi qoruyacaq .

İmmuniteti gücləndirir: 

Yerkökü B6, K, kalium və fosfor kimi müxtəlif qida dəyərlərini özündə ehtiva edir. Kök suyu istehlakı tərkibindəki vitamin və minerallar sayəsində immunitetinizi gücləndirməyə kömək edir. Bədəndəki zərərli sərbəst radikallarla mübarizə apararaq toksinlərin bədəndən çıxarılmasına kömək edən kök şirəsinin müntəzəm içilməsi xəstəliklərə yoluxma riskini azaldır.

Dərini hamarlaşdırır:

 Yerköküdə olan təbii antioksidantlar və kalium kimi əsas komponentlər dəridə hüceyrələrin korlanmasının qarşısını alır. Hüceyrələrin yenilənməsinə töhfə verən yerkökü suyu sayəsində dəriniz hamar və parlaq bir görünüş qazanır. Eyni zamanda, kök şirəsi dəridə ləkələri aradan qaldıran, təbii tonu qoruyan və yaşlanma əleyhinə təsirə malikdir.

Xərçəngin qarşısını alır: 

Həzm zamanı yeməklərdən qalan bəzi zərərli sərbəst radikallar bədənimizdə xəstəliklərin yaranmasına səbəb olur. Bu cür zərərli sərbəst radikalların aradan qaldırılmaması bədəndə xərçəng hüceyrələrinin inkişafına kömək edir. Belə hallarda kök suyu içmək tərkibindəki antioksidantlar, vitaminlər və minerallar sayəsində zərərli sərbəst radikalları bədəndən çıxararaq xərçəngin inkişafını dayandırır.

Ürək sağlamlığını qoruyur: 

Kök suyunun müntəzəm istehlakı, tərkibindəki sağlam vitaminlər, minerallar və antioksidanlar sayəsində ürək damarlarında yağ yığılmasının qarşısını alır. Ürək-damar damarlarını açan yerkökü suyu da yaxşı xolesterin səviyyəsini artırmağa kömək edir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!