Komaya düşən baş redaktoru başqa xəstəxanaya köçürdülər

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən baş redaktoru başqa xəstəxanaya köçürdülər

Sosial

13 Fevral 2019 18:48 911


İki həftəyə yaxındır ki, komada olan Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman dünən Mərkəzi Klinik Xəstəxanadan Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Bu barədə dostları bildiriblər. Dostları onun hələ komadan ayılmadığını deyərək, tezliklə özünə gələcəyinə ümidlərini itirmədiklərini qeyd ediblər.  Baş redaktorun digər tibb ocağına köçürülməsinə gəlincə, bu, Neyrocərrahiyyə Xəstəxanasının Natiq Qocamanının xəstəliyi üzrə ixtisaslaşması ilə əsaslandırılıb.

Natiq Qocaman bir neçə gün öncə Mərkəzi Klinik Xəstəxanada beyin əməliyyatı keçirib. O, daha öncə insult keçirmişdi. Həyat yoldaşının saytımıza bildirdiyinə görə, Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı. pizza

Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. 

modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!