Komitə mütəxəssisləri “Facebook“da vətəndaşların suallarını cavablandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Komitə mütəxəssisləri “Facebook“da vətəndaşların suallarını cavablandıracaq

Sosial

04 Mart 2019 18:17 778


Martın 5-də Dövlət Gömrük Komitəsinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz" buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd: Suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!