Konqres NATO-ya yeni üzvlüyü nə vaxt təsdiqləyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Konqres NATO-ya yeni üzvlüyü nə vaxt təsdiqləyəcək?

Dünya

13 İyul 2022 11:43 752


“ABŞ administrasiyası ümid edir ki, Senat yaxın həftələrdə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiq edə biləcək”.

Yenisabah.az xəbər verir ki, bunu iyulun 12-də ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Vaşinqtonda Beynəlxalq Tələbə Evi qeyri-kommersiya təşkilatının tədbirində çıxışı zamanı bildirib.

O deyib: “Ümid edirəm ki, ABŞ Konqresi avqustda tətilə getməzdən əvvəl Finlandiya və İsveçin NATO-ya daxil olmasını ratifikasiya edəcək. Onların gündəmindəki bütün digər şeyləri nəzərə alaraq, Konqresin bunu bacaracağına əmin deyiləm, amma ümid edirəm. Mənə elə gəlir ki, qalan ölkələr də buna doğru çox sürətlə irəliləyirlər”. Pepperoni pizza

Xatırladaq ki, ABŞ Konqresinin yuxarı palatası avqustun 8-dən sentyabrın 5-dək məzuniyyətdə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!