Aprelin 23-də gecə saatlarında özünü yaşadıqları binanın 7-ci mərtəbəsindən atan Firuzə Dadaşova ilə bağlı cinayət işindən yeni xəbər var. Bu gənc qızın intihar etməsində onun işlədiyi “R- studio” gözəllik salonunun müdirəsi Rühiyyə Həsənova prokurorluğa çağırılıb. Bununla bağlı R.Həsənovanın özü məlumat verib.
Qeyd edək ki, siması Azərbaycanın tanınmış müğənnisi Könül Kərimova olan “R- studio” gözəllik salonunun qeydiyyat şöbəsində işləyən mərhum Firuzə Dadaşovanın salon rəhbərinə 850 manat borcu olduğu bildirilir. Və qızın ailəsi bu intihar hadisəsində salonun müdirəsini ittiham edir. Ananın sözlərinə görə, R.Həsənova borca görə, qızını hədələyirmiş, polisə verəcəyi ilə qorxudurmuş.
Əməkdar artist Könül Kərimova da 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı adı keçən gözəllik salonu barədə danışıb. Bu haqda açıqlama verən müğənni bildirib ki, “R-studio” adlı salonla hazırda heç bir əlaqəsi yoxdur: pizza
“Mən həmin gözəllik salonunu işlədən xanımı tanımıram. Vaxtı ilə bir tanışım öz salonu üçün mənim şəklimi reklam olaraq yerləşdirmişdi. Bu salon isə "Əcəmi" metrostansiyasının yaxınlığında yerləşirdi. Sonra eşitdim ki, indiki müdirə, Rühiyyə Həsənova tanışımdan salonu təhvil alıb. Və heç bir icazə almadan mənim simamdan reklam vasitəsi kimi istifadə edirlər. O salon ilə heç bir əlaqəm yoxdur. İntihar hadisəsi haqqında isə heç bir məlumatım yox idi. İndi sizdən eşitdim bu gənc qızın ölümünü. Çox pis oldum. Mən özüm də maraqlanaram görüm, orada nə baş verib. Bir daha söyləyirəm ki, gənc qızın ölümü mənə çox pis təsir etdi”.
Qeyd edək ki, bir müddət əvvəl Könül Kərimova gözəllik salonu açdığını demiş, müğənniləri həmin məkanın açılışına dəvət etmişdi.
Telegram kanalımız