Konyada zəlzələ təlaşı: Əhali küçələrə tökülüşdü

saytların hazırlanması

Evə çatdırılma

Konyada zəlzələ təlaşı: Əhali küçələrə tökülüşdü

Dünya

10 May 2023 10:40 664


Türkiyənin Konya sakinləri səhər saatlarında bölgədə baş verən 4,2 bal gücündə zəlzələdən sonra təşviş içində küçələrə axışıb, bəzilərinə tibbi yardım göstərilib.

Yenisabah.az "Yeni Şafak"a istinadla xəbər verir ki, AFAD-ın məlumatına görə, yerli vaxtla saat 02.14-də Kullu bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların mənbəyi 7,86 kilometr dərinlikdə yerləşib.

Zəlzələ yaxın ərazilərdə də hiss olunsa da, ilkin məlumatlara görə, tələfat, xəsarət alan və binaların uçması olmadığı məlum olub. Kullu rayonunda baş verən zəlzələ ilə əlaqədar bəzi vətəndaşlar təşviş içində küçələrə çıxaraq bir müddət gözləyiblər. Küçəyə çıxan sakinlərdən biri çaxnaşmadan huşunu itirib və ona təcili tibbi yardım göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!