Koronavirus təhlükəsi məşhurlarımızı qorxutmur – Şou aləmində çal-çağırdır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus təhlükəsi məşhurlarımızı qorxutmur – Şou aləmində çal-çağırdır

Şou

03 Mart 2020 16:09 1275


Bəlli olduğu kimi, Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktını qeydə alıb. Dünən Nazirlər Kabinetinin qərarı ilə bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Kütləvi tədbirlərin təxirə salınmasıyla bağlı xəbərlərin ardı-arası kəsilmir. Görəsən, virus məşhurların da biznesinə təsir edibmi? Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev koronavirusun toy bazarına hələ ki, təsir etmədiyini deyib: "Hələlik virusla əlaqədar təxirə düşən heç bir toyum olmayıb. Mən insanlara da həmişə müraciət edirəm ki, bir-birləri ilə əllə görüşməsinlər, öpüşməsinlər, təmizliyə riayət etsinlər. Oxuduğum şadlıq evlərinə də müraciət edirəm ki, hər toydan sonra zalı mütləq dezinfeksiya etsinlər. Amma toylarımız davam edir, təxirə düşəni yoxdur. Lakin qərar qəbul edilsə ki, toylar dayandırılsın, o zaman biz də getməyəcəyik. Mən fürsətdən istifadə edib xalqımızın od çərşənbəsini də təbrik edirəm, arzu edirəm ki, ən pis virusları bu çərşənbədə od yandırıb aparsın. Tək Azərbaycandan yox, bütün dünyadan bu virus uzaqlaşsın". Əməkdar artist Elza Seyidcahan da toylarının təxirə düşmədiyini bildirib: "Hələ ki, təxirə düşən toyum yoxdur. Amma nə olacağını zamaan göstərəcək. Yəqin ki, ciddi bir şey olarsa, toylar da təxirə düşəcək. Məncə, yaxın günlərdə planlaşdırılan toylar təxirə düşməz, çünki camaat artıq dəvətnaməsini paylayıb". Müğənni Xuraman Şuşalı xınayaxdı və toylarının davam etdiyini deyib. Xanım ifaçı insanların çox olduğu məclislərə getsə də, özünü virusdan qoruğunu, tədbirli olduğunu bildirib: "Koronoavirus hələki bizim işimizə təsir etməyib. Virus çox yayılsa, yəqin ki, geriləmə olacaq. Mən bu yaxınlarda xınada oldum, məclislərdə özümü qoruyuram. Çünki 4 uşaq anasıyam, evdə körpələrim var. Belə məclislərdə mütləq diqqət yetirirəm ki. görüm kim xəstədir, kim sağlam. Mən məclislərdə insanlarla ünsiyyətdə olmağı sevən adamam, amma son günlər bunu azaltmışam. Bilirsiniz, xəstə adam uzaqdan hiss olunur. Həm də koronovirusa yoluxanın məclisə gəlməyə halı olmaz axı. İnanmıram ki, xəstə adam toya gələ". Əsmətxanım
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!