Kremlə PUA hücumu - Rusiya qisas alacaq

saytların hazırlanması

Evə çatdırılma

Kremlə PUA hücumu - Rusiya qisas alacaq

Dünya

03 May 2023 16:01 949


Mayın 3-nə keçən gecə Kremldəki prezident iqamətgahına 2 PUA zərbə endirməyə cəhd edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı xəsarət almayıb. Dronlar sıradan çıxarılıb. pizza mizza

“Bu gecə Kiyev rejimi Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd edib, - deyə məlumatda bildirilir. - 2 pilotsuz uçuş aparatı Kremlə yönəlib. Hərbi və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb.

Hadisə prezidentin iş qrafikinə təsir etməyib.

Kreml bu hərəkətləri “planlı terror aktı və Rusiya Federasiyası prezidentinin həyatına qəsd kimi qiymətləndirib".

"Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - məlumatın sonunda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!