Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilin sonunadək ölkədə külək enerjisi istehsalı təxminən 6 dəfə, günəş enerjisi istehsalı isə 26 faizdən çox artacaq.
“Yeni Sabah” xəbər verir ki, nazirin sözlərinə görə, gələn ilin sonuna qədər şəbəkəyə 2 QVt həcmində günəş və külək enerjisi gücünün qoşulması nəzərdə tutulub ki, bu da karbon emissiyasının illik 2,4 milyon ton azalmasını təmin edəcək. Çıxışda Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin iqlim siyasəti ilə paralel aparıldığı, Naxçıvanda isə “Yaşıl Enerji Zonası” layihəsinin reallaşdırıldığı vurğulanıb.
İxrac imkanlarına toxunan nazir qeyd edib ki, 3900 MVt gücündə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması layihənin effektivliyini təsdiqləyib. Bu dəhlizin ilk mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” bağlantısının 2032-ci ildən istismara verilməsi nəzərdə tutulur. Paralel olaraq Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan marşrutu ilə Türkiyə və Avropaya yeni yaşıl enerji xətlərinin çəkilməsi istiqamətində işlər sürətləndirilib. pizza mizza
Telegram kanalımız