Lənkəranın icra başçısı özünə birinci müavin təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranın icra başçısı özünə birinci müavin təyin etdi 

Sosial

08 Aprel 2024 15:18 945


Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub. 

Yenisabah.az xəbərə görə, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub. Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar. Onlar kollektivə təqdim ediliblər. 

Qeyd edək ki, bu vəzifəyə qədər M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində çalışıblar.(APA)  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!