Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü

Siyasət

19 Fevral 2026 08:44 410


Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya Baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.

Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb. pizza

Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı–Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi vurğulanıb.

Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib.

Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla - viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilib.

Sonra Albaniya Prezidenti Baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış oldu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!