“Liverpul” “Arsenal”ı məğlub etdi
29 Sen 2020 02:51
665

“Liverpul” “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Aston Villa" səfərdə "Fulhem"ə 3:0 hesabı ilə qalib gəlib. Turun son qarşılaşmasında "Liverpul" "Arsenal"ı qəbul edib. Görüş Yurgen Kloppun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra "Lester", "Liverpul", "Everton" hərəyə 9 xalla 1-3-cü pillələri bölüşdürür.

28 sentyabr

"Liverpul" - "Arsenal" - 3:1

Qollar: Mane, 28, Robertson, 34, Jota, 88 - Lyakazett, 25

"Fulhem" - "Aston Villa" - 0:3

Qollar: Qriliş, 4, Xurixeyn, 15, Minqs, 48

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər