Aleksandr Lukaşenko Qazaxıstanın və digər postsovet məkanının ölkələrinin nüvə silahına daha yaxın olmaq və ondan istifadə edə bilməsi üçün Belarus və Rusiya birliyinə qoşulmağı təklif edib.
Yenisabah.az xəbər verir ki, Belarus prezidenti "Kreml. Putin" proqramına (Rusiya-1) müsahibəsində deyib:
"Düşünmürəm ki, Qasım Tokayev (Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - red.) bundan narahatdır. Amma belədirsə, onda heç kim Qazaxıstanın, Rusiya Federasiyası ilə yaxın münasibətlərimiz olan kimi, digər ölkələrlə əlaqələrinin əleyhinə deyil". pizza sifarişi
Lukaşenkonun fikrincə, Belarus və Rusiya ittifaqına qoşulmaq lazımdır: "Onda hamının nüvə silahı olacaq!”
Eyni zamanda Belarus prezidenti qeyd edib ki, bu məsələdə Rusiyanın rəsmi mövqeyini deyil, öz fikrini bildirir:
“Biz strateji cəhətdən başa düşməliyik ki, birləşmək üçün unikal şansımız var".
Telegram kanalımız