Manaf Ağayev: "Bir kəlməyə görə başını kəsə bilərəm" - Video

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayev: "Bir kəlməyə görə başını kəsə bilərəm" - Video

Şou

18 Fevral 2020 17:23 609


Müğənni Manaf Ağayev efirdə qalmaqala səbəb olacaq ifadələr işlədib. Belə ki, ifaçı "ATV" kanalında yayımlanan "Ən Yaxşısı" verilişində qadına şiddətə dəstək verib. Yenisabah.az xəbər verir ki, Mətanət Əliverdiyevanın "Qadın səni hansı həddə çatdırmalıdır ki, Manaf qadına əl qaldırsın?" sualına müğənninin cavabı gözlənilməz olub. "O vəziyyətə dözən deyiləm. Bir kəlməyə görə qadının başını kəsə bilərəm, nəinki öldürmək. Mənim ailəm məni yaxşı tanıyır ki, bu sözü desəm, burda baş kəsilər, döyər, öldürər, asar, kəsər. Döyən əlim var", – deyə M.Ağayev bildirib. İfaçı həyat yoldaşına əl qaldırdığını da etiraf edib: "Xanımıma bir dəfə əl qaldırmışam. Təzə evlənən vaxtlarda. Gəldim gördüm uşaq ağlayır. Kimsə çağırıb, o da çıxıb çölə. Gəldim evə gördüm uşaq ağlamaqdan göyərib. Mənim də ürəyim ağrıdı. Bu əməlimə görə də üzr istəmədim. Üzr istəmək mənlik deyil. O mənim içəri girişimdən bilir ki, mənim qanım qaradır. Cizgilərimdən başa düşür". https://www.youtube.com/watch?v=ht2S7uKfDmA&feature=youtu.be&fbclid=IwAR28iLOLEKNn8O_3XyHV6-CtQ1Zk-JiFlXtk-ugaOpubJBByNAbyfNGV_hk
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!