Manaf Ağayevin "baş kəsməyi" qalmaqal yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayevin "baş kəsməyi" qalmaqal yaratdı

Şou

21 Fevral 2020 14:02 1458


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan "Ən yaxşısı" verilişində baş verənlərə münasibət bildirib. Yenisabah.az xəbər verir ki, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmlinin telekanalının rəhbəri ilə müzakirə apardığını bildirib. "Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb", - deyə T. Dadaşov vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl "Ən yaxşısı" verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!