Martın 9-u günün birinci yarısında...   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Martın 9-u günün birinci yarısında... - XƏBƏRDARLIQ

Sosial

08 Mart 2023 15:54 29002


Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib. 

Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.  Pepperoni pizza

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. 

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuq artacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!