Mask sərvəti ilə yenidən birinci yerə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Mask sərvəti ilə yenidən birinci yerə çıxdı

Dünya

01 İyun 2023 12:31 788


"Tesla" və "SpaceX"-in qurucusu Elon Mask "Bloomberg" Milyarderlər İndeksi üzrə dünyanın ən zəngin adamları siyahısında növbəti dəfə birinci yerdədir.

Yenisabah.az xəbər verir ki, onun sərvəti 192 milyard dollar qiymətləndirilir.

LVMH (Moet Hennessy-Louis Vuitton) şirkətinin sahibi Bernard Arno 187 milyard dollar sərvəti ilə ikinci yerə düşüb. pizza mizza

"Forbes"in oxşar reytinqində Bernard Arno hələ də ən varlı adamdır, onun sərvəti 215 milyard dollar qiymətləndirilir. Eyni zamanda, İlon Mask 200 milyard dollar sərvəti ilə ikinci yeri tutur.

Bernard Arno 2022-ci ilin dekabrında "Bloomberg" reytinqində İlon Maskı ötüb. Bu, texnologiya sənayesindəki çətinliklərlə əlaqədar idi. Parisdə yerləşən "Euronext" birjasında ticarət zamanı LVMH səhmləri 2,6% ucuzlaşdığından iş adamları indi yerlərini dəyişiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!