Maskaların qiyməti Toliki də üsyan etdirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Maskaların qiyməti Toliki də üsyan etdirdi - Video

Şou

25 Fevral 2020 15:29 703


Tanınmış teleaparıcı, prodüsser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində apteklərdə süni qiymət artımına üsyan edib. Yenisabah.az xəbər verir ki, Tolik paytaxt apteklərində maskaların baha satılmasını sərt şəkildə qınayıb: "Mən bu maskanı bir etiraz olaraq taxmaq istədim. Mən Nərimanov ərazisində yaşayıram, girdim apteklərdən birinə. Normalda bu maskanın qiyməti 10-15 qəpikdir, bu gün isə 50 qəpiyə qalxıb. Hətta "Tarqovı"nın mərkəzində 1-2 manata turistlərə satılır. Dünəndən bugünə qədər aptekdə 600 spirt satılıb. Bunun qiymətini niyə qaldırmısınız? Bu Bakıya dünən, srağagün gəlməyib, 1 ay bundan əvvəl gömrüyü keçib. Bu nədir insanların hər bir durumundan istifadə edib pul qazanırsınız" Aparıcı belə hallarla qarşılaşan vətəndaşlara Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etməyi də məsləhət görüb: "Səhiyyə Nazirliyi bəyanat verdi ki, süni artımlar olmasın. Cənab prezidentimiz hər dəfə öz çıxışlarında süni artımlar edənlərin cəzalandırmasını tələb edərkən, bu gün bu maskanın qiymətini 50 qəpiyə qaldırmağa nə ixtiyarınız var? Bir şeyin qiyməti 10-15 qəpikdirsə və 50 qəpiyə satılırsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib şikayətinizi mütləq bildirin". //ok.ru/videoembed/1584947595882
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!