Maştağada qaz olmaycaq

saytların hazırlanması

Evə çatdırılma

Maştağada qaz olmaycaq

Sosial

01 Sentyabr 2025 10:56 229


“Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə bu gün Maştağa qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, təmir işləri aparılan müddətdə H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!