Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrəsi üzrə keçirilən test imtahanlarının I seansında yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, imtahanda bir qrup müəllim maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Bu nəticə onların həm ixtisas biliklərinin, həm də tədris metodikası üzrə hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir. pizza sifarişi
Maksimum nəticə əldə edən müəllimlər bunlardır:
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlhamə Fərzəliyeva
Sədərək rayon Sədərək kənd tam orta məktəbin ingilis dili müəllimi Məhnurə Qarayeva
Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əfruz Quliyeva
Babək rayon Şərabad kənd tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əhmədova
Telegram kanalımız