Gənclik parkında tarixi axşam - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Gənclik parkında tarixi axşam - FOTOLAR

Sosial

04 May 2026 11:04 115


Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar metronun Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti keçirilib. Paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.

"yeni Sabah" xəbər verir ki, konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib. 

Qeyd edilib ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin və o cümlədən paytaxt Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib. 

Konsertdə Üzeyir Hacıbəyli,  Qara Qarayev, Aqşin Əlizadə, Arif Məlikov, Müslüm Maqomayev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Yohannes Brams və Astor Piazzollanın də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib. 

Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olmuş, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.

Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.   

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!