Daha 34 aptekdə nöqsanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha 34 aptekdə nöqsanlar aşkarlandı

Sağlamlıq

04 May 2026 11:28 84


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aprel ayında ümumilikdə 137 aptekdə yoxlama aparıb.

Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.

Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!