Naxçıvanda nazirlikdə iki vəzifəli şəxs kollegiyadan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nazirlikdə iki vəzifəli şəxs kollegiyadan çıxarıldı

İqtisadiyyat

04 May 2026 10:54 172


Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.

“Yeni Sabah” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, Nazirliyin Kollegiya üzvlərinin sayı 7-dən 5-ə endirilib.

Yeni qərara əsasən, Kollegiyanın üzvləri aşağıdakılardan ibarət olacaq:

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

Əvvəlki tərkibdə “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru da Kollegiyanın üzvü idi.

Kollegiyanın sədri isə dəyişməyib. Bu vəzifəni Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri icra edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!