Azərbaycanda ödəniş kartları bazarında “Visa”nın mövqeyi güclənib, “Mastercard”ın bazar payı isə azalıb.
"Yeni Sabah" Plat.az-a istinadla xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında “Mastercard” kartları ilə 82 milyon 913,8 min əməliyyat aparılıb və onların həcmi 4 milyard 738,4 milyon manat olub. Beləliklə, “Mastercard”ın bazar payı əməliyyatların sayına görə 31,3%, həcminə görə isə 34,3% təşkil edib.
2025-ci ilin eyni dövründə “Mastercard”ın payı əməliyyatların sayına görə 37,5%, həcminə görə 40,1% idi. Nəticədə bir ildə şirkətin bazar payı əməliyyatların sayında 6,1 faiz bəndi, həcmində isə 5,7 faiz bəndi azalıb. pizza mizza
“Visa”da isə əks dinamika qeydə alınıb. Bu sistem üzrə əməliyyatların sayı 130 milyon 358,8 mindən 181 milyon 695,4 minə yüksəlib. Beləliklə, “Visa” kartları ilə əməliyyatların sayı bir ildə 39,4% artıb.
“Visa” kartları ilə əməliyyatların həcmi də 7 milyard 655,8 milyon manatdan 8 milyard 993,9 milyon manata yüksələrək 17,5% artıb.
Nəticədə “Visa”nın bazar payı əməliyyatların sayına görə 62,5%-dən 68,6%-ə, həcm üzrə isə 59,4%-dən 65,1%-ə yüksəlib.
“Mastercard”da isə əməliyyatların sayı 78 milyon 93,5 mindən 82 milyon 913,8 minə və ya 6,2% artsa da, əməliyyatların həcmi 5 milyard 161,9 milyon manatdan 4 milyard 738,4 milyon manata düşüb. Bu, 8,2% azalma deməkdir.
Eyni zamanda, “Mastercard” kartları ilə bir əməliyyatın orta məbləği də azalıb. 2025-ci ilin iyulunda orta əməliyyat məbləği 66,1 manat olduğu halda, 2026-cı ilin iyulunda 57,1 manata enib. Beləliklə, orta məbləğ 13,5% azalıb.
Müqayisə göstərir ki, “Mastercard”da əməliyyatların sayı artsa da, artım tempi “Visa”dan xeyli geri qalıb. Nəticədə “Visa” həm əməliyyatların sayı, həm də pul ifadəsində həcmi üzrə bazardakı payını artırıb, “Mastercard” isə hər iki göstərici üzrə pay itirib.
Telegram kanalımız