Müdafiə Nazirliyi 5,2 milyon manatlıq dərman alır

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi 5,2 milyon manatlıq dərman alır

İqtisadiyyat

27 Noyabr 2026 12:03 48


Müdafiə Nazirliyi dərman preparatlarının və digər məsrəf tibbi əmlakların satın alınması (Lot 3) ilə bağlı satınalma həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 5 milyon 260 min 966 manat 50 qəpik təşkil edir.

Satınalma çərçivəsində hərbi tibb müəssisələrinin və bölmələrinin ehtiyaclarının qarşılanması məqsədilə müxtəlif dərman vasitələri və sərf olunan tibbi ləvazimatların təmin olunması nəzərdə tutulur. Lot bölgüsü üzrə rəsmiləşdirilən bu satınalma silahlı qüvvələrin tibbi təminatının fasiləsizliyinin saxlanılması və ehtiyatların yenilənməsi istiqamətində atılan növbəti addımlardandır. İnternetdən sifariş

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!