Nazirlər Kabineti “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, qərara aşağıdakı dəyişikliklər olunub:
1. Adına “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin. Pepperoni pizza
2. Həmin Qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası” üzrə:
2.1. adına və 1-ci hissəsinə “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;
2.3. 3-cü və 6-cı hissələrdən “və icarəyə” sözləri, 7-ci hissədən “və ya icarəyə” sözləri çıxarılsın;
2.4. 5-ci hissəyə “tələb edilən” sözlərindən əvvəl “dövlət torpaq kadastrının məlumatları əsasında” sözləri əlavə edilsin.
Telegram kanalımız