Çexiya hökuməti məktəblərdə mobil telefon və digər elektron rabitə vasitələrinin istifadəsini qadağan etməyə hazırlaşır.
"Yeni Sabah" xəbər verir ki, Baş nazir Andrey Babiş və təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsinə əsasən, uşaq bağçalarında, ibtidai və orta məktəblərdə, eləcə də çoxillik liseylərdə mobil telefonlardan istifadə qadağan ediləcək. Qadağa təkcə dərs saatlarını deyil, tənəffüsləri və məktəbdənkənar proqramları da əhatə edəcək.
Bununla yanaşı, tibbi səbəblərə və ya xüsusi təhsil ehtiyaclarına görə elektron cihazlardan istifadə etməli olan şagirdlər yeni qaydalardan azad ediləcək. Dördpendirli pizza
Uşaq Hüquqları üzrə Ombudsman Martin Beneş isə təklifə etiraz edərək məktəblərin telefon istifadəsini daxili qaydalar əsasında tənzimləmək səlahiyyətinə malik olduğunu bildirib.
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində məktəblərdə mobil telefon istifadəsi ilə bağlı məhdudiyyətlər artıq tətbiq olunur. Fransa, Hollandiya, Yunanıstan, Avstriya, Belçika, İsveç və İtaliyada da şagirdlərin telefon istifadəsinə müxtəlif səviyyələrdə qadağalar qoyulub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız