Məktəbli niyə intihar edib? – Direktordan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli niyə intihar edib? – Direktordan açıqlama

Maraqlı

11 Fevral 2019 02:04 1281


Fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intihar etməsi barədə məlumat vermişdik.

Rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

İntihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub: "Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qəsd edib". pizza mizza

Qeyd edək ki, intihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!