“Məmurların altı, üstü, hər yanı haram pullarla doludur” - Yazıçı
25 Okt 2019 17:11
1511

“Məmurların altı, üstü, hər yanı haram pullarla doludur” - Yazıçı

“Bu adamları tut ağacı kimi təmiz silkələmək lazımdır ki, dəymişi kimi, kalları da tökülsün”

“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət ölkədəki islahatlara münasibət bildirərkən deyib. Yazıçı islahatların sahəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb:

“Mənəvi, məşiət və kosmik təmizliyə həmişə ehtiyac var. Bir var adamı uzaq yerə yola salalar, bir də var ki, bu kənddən qonşu kəndə. Yolasalmaların bir neçəsi bu cürdü. Bununla bağlı faktlar da var, xalq da, hakimiyyət özü də bunu bilir. Bu adamları tut ağacı kimi təmiz silkələmək lazımdır ki, dəymişi kimi, kalları da tökülsün. 

Məmurların altında milonlar, milyardlar var. Ölkə başçısı bunu onlardan alıb camaatın sosial ehtiyaclarına yönəltsə, xalqın gözündə daha da böyüyər. Yoxsa bunlar elə neçə ildir dağıdır, yığır altına sonra da çıxıb gedir. Bu nə yaxşı şeymiş.

Xalq bilir ki, məmurlar hamısı milyarderdir. Cavanlaşmaq lazımdır və cavanlar da təcrübə baxımından geriyə dönüb o adamlara baxır axı. Bu işin yarısıdı, bəyənirəm və dəstəkləyirəm, amma bununla xalqın səddi alınmayacaq, yəni bu, yarımçıq təsir bağışlayacaq. 

Hamı bilir ki, məmurların altı, üstü, hər yanı haram pullarla doludur. İslahatları genişləndirsələr, onda olacaq tam islahat və şəxsən mən də dəstəkləyəcəm. Bu gün məktəbli uşaq da bilir ki, məmurlar ölkənin sərvətini yeyib, dağıdır. Onların deklarasiyasında “ximçistka” aparmaq lazımdı, vallah mən Allahsız söz danışmıram. Bura mənim də vətənimdi, bu ölkənin ən azı havasına şərikəm. Həm də ölkəmi, dövlətimi sevirəm, istəyirəm bizim də dünya xalqları içində səsimiz olsun”.

Oxşar xəbərlər